Ölkəmizdə komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmət aparır.
Daxili İşlər Nazirliyindən (DİN) XəzərXəbər-ə bildirilib ki, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir. Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.