Xəzər Xəbər

Müdafiə Nazirliyi Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib

Gündəm | 11:02 • 15 Sentyabr 2020
Müdafiə Nazirliyi Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhərinın azad olunmasının 102-ci ildönümü münasibətilə sosial media hesablarında maraqlı paylaşım edib.


Xezerxeber.az xəbər verir ki, nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada qardaş Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin möhtəşəm birgə hərbi təlimlərindən çəkilən fotoşəkil nümayiş etdirilib. Təlimlərin əhəmiyyəti ilə yanaşı, qardaşlıq əlaqələrimizin qüdrətini də qabarıq şəkildə nümayiş etdirən infoqrafikada "15 sentyabr – Bakı şəhərinin azad edildiyi gündür!” və "Qardaş-qardaşa arxa durarsa önündə dayanmaz düşmən!” ifadələri yer alıb.

Xəbər lenti