Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Gündəm | 10:21 • 15 Sentyabr 2020
 Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.


Müdafiə Nazirliyindən xezerxeber.az-a bildirilib ki, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.


Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Xəbər lenti

Çox oxunanlar