Xəzər Xəbər

Azərbaycanda 112 nəfər koronavirusa yoluxdu, 178 nəfər sağaldı

Gündəm | 17:12 • 16 Avqust 2020
Azərbaycanda 112 nəfər koronavirusa yoluxdu, 178 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 838 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024