Xəzər Xəbər

Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib YENİLƏNDİ

Gündəm | 18:00 • 29 İyul 2020
Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib.


Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.


Qeyd edək ki, regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib.



Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.

Xəbər lenti