Xəzər Xəbər

V ixtisas qrupu üzrə imtahan verəcək tələbələrin NƏZƏRİNƏ

Gündəm | 14:13 • 20 May 2020
V ixtisas qrupu üzrə imtahan verəcək

V ixtisas qrupuna qəbulla bağlı xüsusi dəyişikliklər yoxdur.

XəzərXəbər xəbər verir ki, bu barədə DİM-in şöbə müdiri Nərminə Bayramova Nazirlər Kabinetinin ötən gün verdiyi "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarının Təhsil Nazirliyinin aidiyyəti sturkturlarının nümayəndələri tərəfindən təşkil edilən video-konfransında danışıb.

O bildirib ki, cari ilin abituriyentləri qəbul imtahanı verəcək və daha sonra qabiliyyət imtahanlarında iştirak edəcək: "Ola bilsin ki, vaxt cədvəli ilə bağlı dəyişiklik ola bilər. Məzmun dəyişikliyi gözlənilir, amma qaydalarla bağlı dəyişiklik nəzərdə tutulmur”.

O əlavə edib ki, "Abituriyent” jurnalının üzərində işlər gedir və yəqin ki, 1 həftə, 10 gün ərzində jurnal işıq üzü görəcək.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024