Xəzər Xəbər

Azərbaycanda olan əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gündəm | 11:55 • 20 May 2020
Azərbaycanda olan əcnəbilərin sayı açıqlandı - RƏSMİ

"2020-ci ilin yanvarın 1-dən ölkəyə 551 872 nəfər gəlib. Koronavirus pandemiyası ilə bağlı bu rəqəm ötən dövrlə müqayisədə44 faiz azalıb”.

XəzərXəbər-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin yanvar və fevral aylarında ölkəyə gələn əcnəbilərin sayında 15 faiz artım qeydə alınıb:

"Pandemiya ilə əlaqədar ölkəyə gələn əcnəbilərin sayı azalıb. Hazırda Azərbaycanda 134 min 298 əcnəbi yaşayır”.

O qeyd edib ki, əcnəbilər daha çox Rusiya, Gürcüstan, İran və digər ölkələrin vətəndaşlarıdır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024