Xəzər Xəbər

Deputatlığa namizədliyini geri götürənlərin sayı 319 nəfərə çatıb

Gündəm | 08:22 • 7 Fevral 2020
 Deputatlığa namizədliyini geri götürənlərin sayı 319 nəfərə çatıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.


APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 319 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.


Hazırda deputatlığa namizədlərin sayı 1317 nəfərdir.


Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Xəbər lenti

Çox oxunanlar