Xəzər Xəbər

Bakı-Moskva reysində həyəcan: AZAL-ın təyyarəsi quş sürüsü ilə toqquşdu

Gündəm | 10:35 • 30 Yanvar 2020
Bakı-Moskva reysində həyəcan:

Bakıdan Moskvaya yerli vaxtla 20: 31-də yola düşən "Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı vermişdir.

XəzərXəbər-in məlumatına görə, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş etmişdir.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

Xəbər lenti