Xəzər Xəbər

Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Gündəm | 09:25 • 16 Noyabr 2019
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Parisdə UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov UNESKO Baş direktorunun müavini Xing Qu ilə görüşüb.


AZƏRTAC xəbər verir ki, görüşdə Xing Qu Azərbaycanın UNESKO-nun vacib tərəfdaşı olduğunu vurğulayıb. Ölkəmizin bu qurumla yüksək səviyyəli əməkdaşlığından danışıb. Bakının ev sahibliyi etdiyi UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasından söz açıb. Sessiyanın yüksək səviyyəli təşkilindən məmnunluğunu ifadə edərək, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.


UNESKO-nun Davamlı İnkişaf Məqsədlərinə dair reallaşdırılmış proqramlara, təhsil, mədəniyyət sahələrində həyata keçirilmiş layihələrə diqqəti çəkib.


UNESKO-nun strateji transformasiyasından söz açan Xing Qu bu istiqamətdə göstərdiyi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirib.


Ramiz Həsənov ölkəmizin UNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib. UNESKO-nun fəal üzvü olan ölkəmizin həyata keçirdiyi humanitar layihələr və tədbirlərdən danışıb.


25 illiyini qeyd edən Milli Komissiyamızın fəaliyyəti barədə məlumat verib. Mədəniyyətlərarası dialoq sahəsində ölkəmizin UNESKO-nun əsas tərəfdaşı olduğu diqqətə çatdırılıb. Ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə toxunaraq, "Bakı prosesi” qlobal təşəbbüsünün, Mədəniyyətlərarası Dialoq Forumunun tarixi və əhəmiyyətindən danışılıb.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024