Xəzər Xəbər

Avropa və MDB ölkələrinin huquqşünasları Bakıda toplaşdı

Gündəm | 11:43 • 14 May 2019
Avropa və MDB ölkələrinin huquqşünasları Bakıda toplaşdı

Bu gün Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə "Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

XəzərXəbər xəbər verir ki, Assosasiyanın Prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor ilham Rəhimov çıxış edib. O, tədbirinin mahiyyətindən danışıb.

Daha sonra hüquq elmləri doktoru Xanlar Ələkbərov çıxış edib. O, ədalət mühakiməsinin elektron tərəzisi barədə məlumat verib. Bildirilib ki, bu elektron huquq tərəzisindən hər bir hakim rahat şəkildə istifadə edə biləcək.

Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak edirlər.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024