Xəzər Xəbər

İdarə rəisi: "Bu günədək 7973 nəfər məhkum azadlığa buraxılıb"

Gündəm | 11:01 • 17 Mart 2019
İdarə rəisi:

Ötən gün verilən Əfv sərəncamının icrası 2 saylı Cəza çəkmə Müəssisəsində davam etdirilib.

Teleqraf.comxəbər verir ki, bu müəssisədə 31 məhkum azadlığa buraxılıb. Əfv sərəncamını deputatlar, Obudsman Aparatının nüməyəndələri və ictimayyət nümayəndələri izləyib.

Pentensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi Mirsaleh Seyidov bildirib ki, bu sayca 65-ci əfv sərəmcamıdır: "Sərəncamlar əsasında bu günə kimi 7973 nəfər məhkum azadlığa buraxılıb. Bir çox ailələr sevinib. Sonuncu dəfə verilən əfv sərəncamı ilə 399 məhkum azadlğa buraxılıb. Bu da əfv olunan məhkumlara cənab Prezident tərəfindən verilən böyük etimaddır. Əfv olunan məhkumları və ailələrini təbrik edirəm".

Deputat Elman Nəsirli deyib ki, əfv olunan məhkumlar bayramla bağlı azadlığa buraxılıb: "Bu da həmin ailələrdə bayram bayrama qarışıb. Onlar bir bu günü, bir də cinayətə imza atdıqlqları günü unutmayacaqlar".

Daha sonra əfv olunan məhkumlara əfv bülleteni verilib.

Jurnalist Nicat Əliyev, Fikrət Fərəməz oğlu, Nida üzvü Qiyas İbrahimov əfv sərəncamı ilə azadlığa buraxılıb.

Jurnalistlərə açıqlama verən Fikrət Fərəməzoğli əfv olunmağından çox sevindiyini deyib. O, deyib ki, azadlıq fərqli hissdir: "Şad oldum ki, azadlığa çıxdım. Buna görə çox sevinirəm. Mənə etimad göstərdiyi üçün Cənab Prezdentə təşəkkür edirəm".

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024