Xəzər Xəbər

Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya açılacaq

Gündəm | 09:02 • 1 Mart 2019
Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya açılacaq

28 fevral 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılmış və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib. 

Milli Televiziya və Radio Şurasından xezerxeber.az-a verilən məlumata görə, iclasda həmçinin "MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılmış və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024