Xəzər Xəbər

Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-xüsusi təlimlərə başlayıb

Gündəm | 12:48 • 20 Fevral 2019
Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-xüsusi təlimlərə başlayıb

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdirirlər.

Təlimlərdə HHM bölmələri döyüş atışları icra edəcəklər.

Xəbər lenti