Xəzər Xəbər

Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olundu

Gündəm | 11:31 • 18 Fevral 2019
Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olundu

Gəncə şəhərində 1 və 3 nömrəli xəstəxanaların baş həkimləri dəyişib.

Müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib.

O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub.(report.az)

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024