Xəzər Xəbər

Səhiyyə Nazirliyindən ZƏLZƏLƏ AÇIQLAMASI: 1 nəfərin dili tutuldu, 1 nəfərin beyninə qan sızdı

Gündəm | 09:50 • 6 Fevral 2019
Səhiyyə Nazirliyindən ZƏLZƏLƏ AÇIQLAMASI:
Şamaxıda baş verən zəlzələ nəticəsində təcili yardıma 30 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, gecə saatlarında 6 təcili tibbi yardım briqadası işləyib.

"Şamaxı rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş rejimdə çalışıb. Müraciət edənlərdən 3 nəfər Travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara şöbədə lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın Terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Daha bir nəfərin isə həyacandan beyninə qan sızıb. Onun 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”, - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024