Xəzər Xəbər

BNA: Bəzi yerlərdə piyada səkiləri zəbt olunub

Gündəm | 11:44 • 21 Avqust 2018
BNA: Bəzi yerlərdə piyada səkiləri zəbt olunub
Bir çox yerlərdə piyada səkiləri ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir.


XəzərXəbər xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib. Şöbə müdiri bildirib ki, səkilərin zəbt olunması piyadaların rahat və təhlükəsiz hərəkətinə mane yaradır.


F.İsmayılov əlavə edib ki, rayon icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində qeyd olunan problemlərin bir qismi aradan qaldırılıb və hazırda bu stiqamətdə işlər davam etdirilir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024