Xəzər Xəbər

Azərbaycan ilə Misir arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Gündəm | 17:07 • 8 Avqust 2018
Azərbaycan ilə Misir arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Avqustun 8-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının Müdafiə və Hərbi İstehsalat Nazirliyinin silahlanma baş idarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.


Müdafiə Sənayesi Nazirliyindən (MSN) xezerxeber.az-a bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.


Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.


Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba görüşə görə minnətdarlığını bildirib.


Görüşdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim də iştirak edib.


Səfər çərçivəsində nümayəndə heyəti MSN-in müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024