Dəmir yolunda ölkə başçısının qarşıya qoyduğu vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində
Azərbaycan Dəmir Yollarının qarşısında duran prioritet məsələləri,
fəaliyyət proqramını müəyyən edib.
Dəmiryolçular qarşıya qoyulan
bu vəzifələri vaxtında və keyfiyyətlə icra etməli, bunun üçün dəmir
yolunda bütün qüvvələr ümumi işin icrasına səfərbər olunmalıdır.
İclasın
sonunda müvafiq strukturların rəhbərləri dövlət başçısının çıxışından
irəli gələn vəzifələrin dəmir yolunda icrası ilə bağlı məlumat veriblər.
Qeyd edək ki, iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda
ölkə iqtisadiyyatının inkişaf istiqamətlərindən geniş söz açan dövlət
başçısı dəmir yolu nəqliyyatının fəaliyyətindən və bu sahədə icra olunan
layihələrdən danışaraq müvafiq tapşırıqlar verib.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və "Şərq-Qərb” dəhlizinin işə salınmasından, Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsinin icra edilməsindən, eləcə də Bakı-Astara yolunun modernləşməsi işlərinə gələn ildən etibarən start veriləcəyindən söz açıb. Bakı-Qəbələ və şəhərətrafı dəmir yolunun tikintisi layihəsi də uğurla icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaq. Həmçinin Bakı-Gəncə sürət qatarının xəttə buraxılmasının ilin sonuna qədər nəzərdə tutulmasını ölkə başçısı diqqətə çatdırıb.