Avropa İttifaqının
rəsmiləri Tvitter hesablarında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə
görüşü və "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə
məlumatlar yayıblar.
Prezident Donald Tuskun Tvitterində vurğulanır: "Prezident İlham Əliyevlə
bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş
oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər
barədə səmərəli müzakirələr keçirildi”.
Avropa
İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat
katibinin Tvitterində aşağıdakı məlumat verilib: "Tərəfdaşlıq
prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.
Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun Tvitterində qeyd edilib: "Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa
İttifaqı və Azərbaycan "Tərəfdaşlıq prioritetləri” sənədi üzrə
danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”.