"Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
"Azərbaycan Dəmir Yolları”ndan XəzərXəbər-ə verilən məlumata görə, QSC-nin Sərnişin daşımaları Departamenti
sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması
istiqamətində işləri davam etdirir.
Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən Azərbaycana gələn sərnişin qatarlarına bilet satışı həyata keçirilir.
Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45 gün, Kiyevdən Bakıya 30 gün, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış başlayır.