Mədəniyyət
Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri
və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib. Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.
Eyni zamanda yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.
Bundan başqa nazir Əbülfəs Qarayevin
müvafiq əmri ilə İntiqam Hümbətov İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bundan əvvəl həmin vəzifədə
çalışmış Vüqar Şixəmmədov isə yeni yaradılan Xalq yaradıcılığı və mədəni
marşrutların inkişafı şöbəsinin müdiri təyin edilib.
Qeyd edək
ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə
mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata
keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir
texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin
öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.