"Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir”. Bunu baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin hesabat tədbirində çıxışı zamanı deyib.
O,
bildirib qeyd edib ki, Azərbaycanda dərin islahatlar həyata keçirilir:
"İqtisadiyyatdan tutmuş digər sahələrə kimi biz həyatımızı islahatlardan
kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan
kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz
tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib
hissəsi çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni
səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin
qüdrətinin artmasına gətirib çıxarmalıdır”.
Baş nazirin müavini
qeyd edib ki, Azərbaycanda təhsil orta təhsil səviyyəsində əlçatanlıq
baxımından təmin edilib. "Universitetlər səviyyəsində təhsilin əlçatan
olmasına ehtiyac var” -deyən Əli Əhmədov bildirib ki, dünya üzrə 150 milyon tələbə var ki, bu da dünya əhalisinin 2 faizdir.
"Azərbaycan
əhalisinin isə 1,3 faizi tələbədir və dünya göstəricisindən aşağıdır.
Təhsildə də özəlləşdirilmə prosesinin faydalı olacağına inanıram. Özəl
təhsil müəssisələrinin açılması isə yuxarı təhsil pilləsində əhatəlilik
artırılmasına yardımçı olacaq. Eyni zamanda universitetlərə sərbəstliyin
verilməsi istiqamətində daha cəsur addımlar atılmalıdır.
Universitetlərin daha yüksək qəbul həyata keçirməyə imkanları var. Özəl
universitetlərin sayının çoxalması keyfiyyətin azalmasına gətirib
çıxarmamalıdır. Azərbaycanda 140-150 min tələbə var ki, bu da oxumaq
yaşında olan əhalinin 13-14 faizini təşkil edir. Moldovada bu göstərici
36,Gürcüstanda isə 46 faizdir”.
Ə. Əhmədov əlavə edib ki, tələbə
qəbulu ilə planlama, reqlamentləşdirilmə dəyişsə, daha yaxşı nəticələr
olar. "Cəmiyyətin təhsil sahəsində köklü sürətdə dəyişməsi təhsil
sahəsində gözləntilərin həyata keçirilməsi üçün əhəmiyyətlidir. Müəllim
nüfuzunun artırılması, əməyinin ödənilməsi formalarının dəyişdirilməsi
onu göstərdi ki, müəllim nüfuzunun artmasına müəyyən dərəcədə təsir
edib”.