Xəzər Xəbər

“FES-in qərarı manata təsir etməyəcək” Elman Rüstəmov

Gündəm | 11:14 • 14 İyun 2018
“FES-in qərarı manata təsir etməyəcək”
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək.


Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.


Baş banki bildirib ki, ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, ötən beş ay ərzində orta inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit formalaşıb.

"Ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz təşkil edib", - E.Rüstəmov qeyd edib.

Xəbər lenti

Çox oxunanlar