Azərbaycan Silahlı
Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə
hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar
keçirir.
Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında helikopter və təyyarələr parada hazırlıq məqsədilə Bakı buxtası üzərlərində uçuşlar həyata keçirib.