Xəzər Xəbər

Azərbaycanda bunu edənlər 25 min manat cərimələnəcək - RƏSMİ

Gündəm | 12:43 • 11 May 2018
Azərbaycanda bunu edənlər

"Restoranlardan havaya atılan tüstünün aradan qaldırılması üçün sahibkarlara və müvafiq icra hakimiyyətinə müraciət etmişik”.

XəzərXəbər-in məlumatına görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bu gün keçirilən mətbuat konfransında deyib.

M.Avazova bildirib ki, artıq rəsmi məktub da göndərilib:

"Restoran sahibləri problemin aradan qaldırılması üçün bizdən yardım istəsələr, onlara köməklik göstərməyə hazırıq. Onlara rəsmi surətdə məktub göndərilib. Bildirilib ki, qısa zamanda problem aradan qaldırılmalıdır”.

M.Avazova onu da vurğulayıb ki, ötən əsrin 60-ci illərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya fəaliyyət göstərir: Komissiya Bakıda daha çox monitorinqlər aparır. Sənaye müəssisələrinin sayı artır, kiçik sahibkarlıq inkişaf edir. Bunu nəzərə alaraq monitorinqlərdə ciddi dönüşlər aparmışıq. Proqramımızdan əlavə atmosfer havasındakı iy-qoxu ilə bağlı çoxsaylı monitorinqlər aparılıb. Artıq bəzi regionlarda müşahidə olunan qoxunun miqdarında azalma var”.

Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli bildirib ki, qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2 müvafiq tələblərinə uyğun olaraq tədbirlər görüləcək: "Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi üçün aparatlardan istifadə edilməmədiyinə görə fiziki şəxslər 6 manatdan 25 min manata qədər, hüquqi şəxslər 20-25 min manat cərimələnməsi nəzərdə tutulub”.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024