Xəzər Xəbər

Xəzəryanı ölkələr sazişin mətnini razılaşdırıblar

Gündəm | 15:45 • 3 May 2018
Xəzəryanı ölkələr sazişin mətnini razılaşdırıblar

Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan olan ekspertlər nəqliyyat sahəsində əməkdaşlığa dair sazişin mətnini razılaşdırıblar.

Xezerxeber.az kommersant.ru saytına istinadla xəbər verir ki, Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Viktor Olerski bunu Türkmənbaşı şəhərində keçirilən "Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə” adlı forumda bildirib.


V.Olerskinin sözlərinə görə, 2018-ci ildə Astanada keçiriləcək Xəzər sammiti dövründə bu Sazişin imzalanma üçün təqdim edilməsi nəzərdə tutulur. Olerski xatırladıb ki, belə biz sazişin hazırlanmasını 2015-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov təklif edib. Nazir müavini deyib: "Rusiya Federasiyasının rəhbərliyi əsl vaxtında irəli sürülmüş bu təklifi tamamilə dəstəkləyib”.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024