Xəzər Xəbər

Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis olunur

Gündəm | 16:13 • 19 Aprel 2018
Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis olunur

Azərbaycanda ədliyyə sisteminə həsr olunan xüsusi medal təsis edilir.

APA-nın məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” adlı layihə təqdim olunub.

Layihəyə əsasən bu medalla öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Layihə Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti