Aprelin 7-də Müdafiə
naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin
iştirakı ilə növbəti xidməti müşavirə keçirib.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb. Ali Baş
Komandanın Orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə
yanaşdığını xüsusi vurğulayan Müdafiə naziri cəbhə bölgəsində mövcud
vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.
Səfərbərlik
və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi
hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin
qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib. Müdafiə
naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək
səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında
konkret tapşırıqlar qoyub. Bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində
ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş
verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin
görülməsini tapşırıb.