Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2018-ci ilin yazında Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib.
Dipolomatın sözlərinə görə, səfərin vaxtı hələlik məlum deyil: "Dəqiq
tarixi demək çətindir. Böyük ehtimalla səfər bu ilin yazında, ola bilsin
ki, mayın sonunda baş tutsun”, - deyə Quliyev Özbəkistan-Azərbaycan
biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə,
Mirziyoyevin Azərbaycana səfəri zamanı neft-qaz sahəsi, kənd
təsərrüfatı, tikinti və sənaye sektorlarını əhatə edən bir sıra
məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, tərəflər
Azərbaycan və Özbəkistan arasında birbaşa reyslərin sayının artırılması
məsələsi nəzərdən keçirilə bilər.
H.Quliyev əlavə edib ki, Bakı-Tbilisi-Qars
dəmiryolunun xəttə buraxılması ilə əlaqədar tərəflər
nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsini də müzakirə
edəcək.