Daxili İşlər Nazirliyi Abşeronda çörəkbişirmə sexində baş verən partlayışla bağlı məlumat yayıb.
DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kvm. olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.