Prezident İlham Əliyev
fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair
2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”
Sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına
tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac
potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi
rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikasında
çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”
təsdiq olunub.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri hər
il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya
proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması
üçün zəruri tədbirlər görəcəklər.
Kənd Təsərrüfatı Nazirliyi
isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini
əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir
dəfə Prezidentə məlumat verməlidir.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.