Xəbər verdiyimiz kimi, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib.
XəzərXəbər-in
məlumatına görə, qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı
xəbərdarlıq olunub. Qeyd olunub ki, qapalı məkan sahibləri siqaret
çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda onlar cərimələnəcək.
Əldə etdiyimiz məlumatlara görə, artıq paytaxtla yanaşı bəzi bölgələrdə
restoran və çayxanalarda siqaret çəkilməsinə icazə verilmir. İaşə
obyektlərində siqaretin qadağan olunması haqda xəbərdarlıq elanı
yerləşdirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci
maddəsində (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət
edilməməsi) bununla bağlı cərimələr nəzərdə tutulub.
Məcəllənin
299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər
istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret
çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub.
Müəssisələrdə,
idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin
ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq
yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat
məbləğində cərimə edilir.