Xəzər Xəbər

Milli Məclisin deputatları tətildən yanvarın 15-də qayıdacaq

Gündəm | 17:10 • 3 Yanvar 2018
Milli Məclisin deputatları tətildən yanvarın 15-də qayıdacaq

Milli Məclis (MM) deputatlarının tətili yanvarın 15-də başa çatacaq.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, həmin tarixdən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

Fevralın 1-də isə (həftənin 4-cü günü) Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.

Xəbər lenti