Xəzər Xəbər

MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı

Gündəm | 17:00 • 11 Oktyabr 2017
MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı

Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda 2018-ci il üçün MDB-yə sədrliyin Tacikistan Respublikasına keçməsi barədə qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.

Geniş tərkibdə görüşdə isə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon və MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

Sonda MDB liderləri tərəfindən 18 sənəd imzalanıb.

Xəbər lenti