Xəzər Xəbər

“MDB ölkələri arasında iqtisadi aktivlik artıb” Putin

Gündəm | 16:58 • 11 Oktyabr 2017
“MDB ölkələri arasında iqtisadi aktivlik artıb”

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında iqtisadi aktivliyin artdığını vurğulayıb.

Bunu Putin MDB dövlət başçıları Şurasının geniştərkibli iclasında çıxışı zamanı deyib.

"MDB dövlət başçıları Şurasının iclası zamanı adətən biz ilk növbədə iqtisadiyyata diqqət ayırırıq. Bununla əlaqədar vurğulamaq istəyirəm ki, ilin əvvəlindən ölkələrimiz arasında iqtisadi aktivliyin bərpa olunması müşahidə olunur. Qarşılıqlı ticarət dövriyyəsi 25% artaraq 75 milyard dollara çatıb”, - deyə Putin vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar