Xəzər Xəbər

Sumqayıtda 107 yaşayış binası söküləcək? AÇIQLAMA

Gündəm | 14:35 • 5 Oktyabr 2017
Sumqayıtda 107 yaşayış binası söküləcək?

"Hazırda Sumqayıt şəhərində 1363 binaya xidmət göstəririk. Bir sıra yaşayış binaları var ki, vəziyyətləri heç də ürək açan deyil. Bu binaların əksəriyyəti Sovet dövründə tikilib və istismar müddəti bitib.”

Bu sözləri Xeberle.com-a açıqlamasında Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Atəş Məmmədov deyib.

Baş mühəndis qeyd edib ki, qəzalı binalarla bağlı siyahı hazırlanaraq müvafiq qurumlara göndərilib. Həmin binaların sonrakı taleyi isə verilən qərardan asılı olacaq: "Sumqayıtda təxmini 107 bina taxta konstruksiyadan ibarətdir ki, onların da istismar müddəti bitib. Biz problemli binaların siyahısını hazırlayaraq, göndərmişik. İşlər aparılır, o binaların sökülmə ehtimalı böyükdür. Çünki onların bərpası mümkün deyil.”

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024