Xəzər Xəbər

Komitə sədri Bağdadda sığınacaqda saxlanılan uşaqlardan danışdı

Gündəm | 12:04 • 22 Sentyabr 2017
Komitə sədri Bağdadda sığınacaqda saxlanılan uşaqlardan danışdı

"Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var. Həmin fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq.

Komitə sədri qeyd edib ki, Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var: "Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib - edilməməsi haqqında məlumatlanmaqdır".

Mübariz Qurbanlı Bağdadda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlar ilə bağlı məsələyə münasibət bildirib: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu barədə məlumatı var. Lakin başqa qurumların əməkdaşları tərəfindən tədbirlər görülür. Əminəm ki, bu tədbirlər öz nəticəsini verəcək".

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024