"Təmiz hava” aylığı və minik
nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin başa çatması
ilə əlaqədar reydlər keçirilir.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
O, bildirib ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan
DYP əməkdaşları belə avtomobillər aşkar etdikdə, həmin nəqliyyat
vasitələrinin sürücülərini inzibati məsuliyyətə cəlb edirlər.
V.Əsədov qeyd edib ki, həftəsonu reydlərlə bağlı statistika açıqlanacaq.