Xəzər Xəbər

Zəlzələ Əfqanıstan və Pakistanda 11 nəfərin həyatına son qoyub YENİLƏNİB

150-yə yaxın insan yaralanıb
Dünya | 09:49 • 22 Mart 2023
Zəlzələ Əfqanıstan və Pakistanda 11 nəfərin həyatına son qoyub

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər ölüb.

 

Bu barədə TASS xəbər yayıb.

Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.

Bundan əvvəl Əfqanıstanda zəlzələdən sonra iki onlarla evin dağıldığı bildirilirdi.

Yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda hiss olunub.

09:14

Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsində azı iki nəfər ölüb. Eyni zamanda, daha iki nəfər Əfqanıstanda həlak olub.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, Pakistanda yaşayış binalarının damlarının və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Öz növbəsində, Reuters agentliyi Pakistan polisinə istinadən xəbər verir ki, 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xatırladaq ki, ötən gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti