Xəzər Xəbər

Uşağın mədəsindən 1 metrlik kabel çıxarılıb FOTO

Dünya | 14:41 • 16 Dekabr 2022
Uşağın mədəsindən 1 metrlik kabel çıxarılıb

Türkiyənin Diyarbakır şəhərində qusma və ürəkbulanma şikayətləri ilə xəstəxanaya aparılan 15 yaşlı oğlanın mədəsində rentgen müayinəsi zamanı 1 metr uzunluğunda enerji yükləyici kabel aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, Fırat Universiteti Xəstəxanasının Uşaq qastroenterologiyası, hepatologiya və qidalanma kafedrasının müdiri, professor Yaşar Doğan və komandasının həyata keçirdiyi endoskopik əməliyyatla uşağın mədəsindəki kabel müvəffəqiyyətlə çıxarılıb.

Əməliyyatı icra edən Yaşar Doğan kabelin bir ucunun nazik bağırsağa keçdiyi üçün çətinlik çəkdiklərini bildirib. Qeyd edib ki, uşaq müalicədən sonra sağlam şəkildə evə buraxılıb.

Xəbər lenti