Xəzər Xəbər

ABŞ Avstraliyaya nüvə silahı daşıyan yeni B-52 bombardmançıları yerləşdirəcək

Dünya | 15:00 • 31 Oktyabr 2022
ABŞ Avstraliyaya nüvə silahı daşıyan yeni B-52 bombardmançıları yerləşdirəcək

ABŞ Avstraliya ərazisinə nüvə silahı daşıyan yeni B-52 bombardmançıları yerləşdirməyə hazırlaşır.

Bu barədə ABC telekanalı məlumat yayıb. Qeyd edilir ki, Vaşinqton bu məqsədlə Darvin şəhərinin cənubunda yerlən Tindal aviabazasında yeni obyektlər inşa etmək niyyətindədir.

Telekanalın bildirdiyinə görə, ABŞ Şimal ərazilərində davam edən quraqlıq dövründə altı ədəd B-52 bombardmançısının yerləşməsi üçün əməliyyat mərkəzi inşa etmək planı hazırlayıb.

ABŞ hərbi-hava qüvvələrinin bununla əlaqədar yaydığı bəyanatda bildirilir: “ABŞ hərbi-hava qüvvələrinin bombardmançılarının Avstraliya ərazisində yerləşdirilməsi bizim rəqiblərimizə öldürücü aviasiya barədə xəbərdarlıq mesajıdır”.

Telekanalın məlumatına görə, Tindal aviabazasının genişləndirilməsi üçün 100 milyon dollar vəsait sərf olunacaq. ABŞ hərbi-hava qüvvələrinin bildirdiyinə görə, təyyarələr üçün dayanacaq 2026-cı ilin sonlarınadək hazır ediləcək. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti