Xəzər Xəbər

Xərçəngə tutuldu, 2 arvadını itirdi - 12 ildən sonra 3-cü dəfə prezident seçilən Lula kimdir?

Dünya | 15:17 • 31 Oktyabr 2022
Xərçəngə tutuldu, 2 arvadını itirdi - 12 ildən sonra 3-cü dəfə prezident seçilən Lula kimdir?

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva 12 ildən sonra yenidən 4 il müddətinə prezident seçilib.

Ali Seçki Məhkəməsi Lulanın seçkinin ikinci turunda 50,9 % səs topladığını açıqlayıb və prezident seçkisi onun qələbəsi ilə yekunlaşıb.

Oktyabrın 1-dən Luis İnasiu Lula da Silva vəzifəsinə başlayacaq.

77 yaşlı Luis İnasiu Lula da Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. Bu dövrdə o , sosial müavinətlər sayəsində təxminən 30 milyon braziliyalının yoxsulluqdan qurtulmasına kömək edərək braziliyalıların sevgisini qazanıb. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2003-ci ildə ilk dəfə prezident seçilib, 2006-cı ildə isə yenidən hakimiyyətə gəlib. 2010-cu ildə "Time" jurnalı Lulanı "dünyanın ən təsirli insanı" adlandırıb.

Lula 2017-ci ildə korrupsiya və çirkli pulların yuyulması işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. 580 gün həbsxanada qaldıqdan sonra o, 2019-cu ilin noyabrında isə azad edilib. 2021-ci ilin martında Braziliyanın Federal Ali Məhkəməsi ona qarşı bütün ittihamları ləğv edib.

2011-ci ildə Lulada bədxassəli şiş aşkarlanıb. Uzun müalicədən sonra o, 2012-ci ilin martında sağaldığını və yenidən siyasətə qayıtdığını elan edib.

Lula passa por 30ª sessão de radioterapia contra câncer - Brasil 247

Lula üç dəfə ailə həyatı qurub. İlk dəfə o, Maria de Lourdes ilə evlənib. Lakin həyat yoldaşı hamilə olan zaman hepatitdən vəfat edib.

File:Presidente Lula e Maria de Lourdes Abadia 2006.jpg - Wikimedia Commons

1974-cü ildə Lulanın keçmiş sevgilisindən bir qızı olub. Onlar heç vaxt evlənməyiblər.

1974-cü ildə isə Lula dul qadın Marisa evlənib. Bu evliliyindən isə prezidentin üç oğlu olub. Hətta Marisanın ilk evliliyindən olan oğlunu da övladlığa götürüb. Lula Marisa insult keçirənə qədər onunla 43 il evli qalıb. Lakin prezidentin bu həyat yoldaşı da 2017-ci ildə vəfat edib.

Brazil's former first lady, central to the rise and fall of a president,  dies at 66 - Los Angeles Times

Bu il isə o, Rosangela da Silva ilə evlənib.

Smiley and discreet: the sociologist marrying Brazil's Lula — World — The  Guardian Nigeria News – Nigeria and World News

Metbuat.az

Xəbər lenti