Xəzər Xəbər

Türkiyə nümayəndə heyəti “F 16” qırıcıları ilə bağlı danışıqlar üçün ABŞ-a səfər edib

Dünya | 17:33 • 15 Avqust 2022
Türkiyə nümayəndə heyəti “F 16” qırıcıları ilə bağlı danışıqlar üçün ABŞ-a səfər edib

Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi texniki heyəti “F16” qırıcılarının tədarükü və modernləşdirilməsinə dair danışıqları davam etdirmək məqsədilə ABŞ-a səfər edib.

Xezerxeber.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Diqqətə çatdırılıb ki, iki müttəfiq ölkənin hərbi-texniki heyətləri 2021-ci ilin fevral, 2022-ci ilin mart aylarındakı görüşlər daxil olmaqla, yuxarıda qeyd edilən mövzu ilə bağlı üç dəfə Türkiyədə görüşüblər.

Xəbər lenti