Xəzər Xəbər

ABŞ və İtaliya Bolqarıstana qoşun yeridir - Məqsəd nədir?

Dünya | 17:20 • 15 Avqust 2022
ABŞ və İtaliya Bolqarıstana qoşun yeridir - Məqsəd nədir?

ABŞ və İtaliya qoşunları NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Bolqarıstana gəlir.

Bu barədə ABŞ-ın NATO-dakı missiyasının məlumatına əsasən Bolqarıstanın nüfuzlu “Novinite” xəbər portalında dərc olunub.

Ümumilikdə ABŞ-ın 101-ci Hava Desant Diviziyasının təxminən 2,4 min əsgəri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada yerləşdiriləcək.

Daha sonra döyüş qrupuna dəstək olmaq üçün avqustun ortalarına qədər İtaliya silahlı qüvvələrinin 750-yə qədər hərbi qulluqçusunun 50 ədəd hərbi texnika ilə Bolqarıstana köçürülməsi planlaşdırılır. (AZƏRTAC)

Xəbər lenti