Xəzər Xəbər

ABŞ-ın Suriyadakı hərbi bazasına hücum olub

Dünya | 17:44 • 15 Avqust 2022
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum olub

ABŞ-ın Suriyanın cənubunda, İordaniya sərhədinə yaxın ərazidə yerləşən əl-Tanf hərbi bazasına dron hücumu olub.

Birləşmiş Ştatların Suriyadakı hərbi kontingentinin komandanlığı dron hücumu nəticəsində itkilərin olmadığını açıqlayıb. Heç bir təşkilat və ya ölkə bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Bu hərbi baza ABŞ-ın dəstəklədiyi silahlı qruplaşmaların təlim mərkəzidir. Komandanlığın açıqlamasında qeyd olunub ki, “koalisiya qüvvələri İŞİD terrorçularına qarşı mübarizə aparan Mağaveyir Əl-Dovra müxalif qüvvələri ilə birlikdə dron hücumunu dəf edib və əks zərbələr endirib”.

Dron hücumunu pisləyən amerikalı general Con Brennan bildirib ki, bu cür təxribatlar mülki əhalinin həyatına təhlükə törətməklə yanaşı, İŞİD-ə qarşı mübarizəyə də mane olur. O diqqətə çatdırıb ki, dron hücumu İsrailin Livanla sərhəddə Suriya ordusu bazalarına hava zərbələrindən bir neçə saat sonra baş verib. (AZƏRTAC)

Xəbər lenti