Xəzər Xəbər

Bal ayına gedən cütlüyün meyitləri gəldi

Dünya | 13:44 • 28 İyun 2022
Bal ayına gedən cütlüyün meyitləri gəldi

Yeni evlənən cütlük bal ayından evə tabutda qayıdıb.

Yeni evlənən cütlük bal ayı üçün getdikləri Muğladan qayıdarkən Kastamonuda qəzaya düşüb. Onların cənazələri Sinopun Boyabat rayonunda torpağa tapşırılıb. 

Qəza gecə saatlarında Kastamonu Tosya rayonunda baş verib. Hüseyn və Miray Sane Etçi iyunun 18-də evləniblər, bal ayına getdikləri Muğladan avtomobillə məmləkətləri Sinop Boyabata qayıdarkən sükanı itirərək qarşı zolağa keçiblər. Qarşıdan gələn sərnişin avtobusu ilə üz-üzə toqquşub. Toqquşma nəticəsində cütlük həyatını itirib. Biri avtobus sürücüsü olmaqla cəmi 16 nəfər yaralanıb. Yaralılar Tosya Dövlət Xəstəxanasına aparılıb./azxəbər

Xəbər lenti

Çox oxunanlar