Xəzər Xəbər

Qubermandan Putinin ölümü ilə bağlı gözlənilməz PROQNOZ

Dünya | 09:22 • 27 İyun 2022
Qubermandan Putinin ölümü ilə bağlı gözlənilməz PROQNOZ

Rusiya lideri Putin, milyonlarla insanın istəyinə baxmayaraq, tezliklə ölməyəcək.

Bunu Dmitri Qordona müsahibəsində rus və israilli şair İqor Quberman deyib.

"Putin ölməyəcək, uzun müddət yaşayacaq və bütün rus ordusu Rusiya sərhədinə sıxışdırılanda elan edəcək ki, plan yerinə yetirilib, hər şey edilib və hamı sakitləşəcək.

O, tezliklə ölməyəcək, onu heç kim öldürməyəcək. Yüz milyonlarla insan bir insanın ölümünü arzulasa da, özünə qənaətcil münasibəti ilə, onu izləyən, arxasınca gedən 60 həkimlə uzun müddət yaşayacaq. Ona heç bir şey edilməyəcək", - Quberman

Xatırladaq ki, media Putinin xərçəngin ağır forması olduğunu, iki-üç il ömrünün qaldığını yazdı. Kreml bu məlumatı təkzib etdi./Publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti