Xəzər Xəbər

Consondan QƏTİ XƏBƏRDARLIQ: Bu cür səylər qeyri-sabitlik yaradacaq

Dünya | 09:15 • 27 İyun 2022
Consondan QƏTİ XƏBƏRDARLIQ: Bu cür səylər qeyri-sabitlik yaradacaq

"İndiki mərhələdə Ukraynadakı münaqişənin həlli cəhdləri yalnız dünyada qeyri-sabitliyin qorunub saxlanmasına və Moskvanın mövqelərinin möhkəmlənməsinə xidmət edəcək".

Bunu Böyük Britaniyanın baş naziri Boris Conson Almaniyada görüşü zamanı Fransa prezidenti Emmanuel Makrona deyib.

"Baş nazir münaqişənin indi həllinə cəhdin yalnız qeyri-sabitliyə gətirib çıxaracağını və Putinə həm suveren ölkələri, həm də beynəlxalq bazarları daim manipulyasiya etmək üçün kart-blanş verəcəyini vurğulayıb", - Consonun ofisinin bəyanatında deyilir.

"Liderlər həmçinin Böyük Britaniya və Fransa arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər", - məlumatda deyilir.

"İki ölkənin 10 lideri zılaşırlar ki, indi bu münaqişənin gedişi üçün həlledici məqamdır və müharibənin gedişatını dəyişmək imkanı var.

Onlar Kiyevin həm döyüş meydanında, həm də qarşıdan gələn istənilən danışıqlarda mövqeyinin mümkün qədər möhkəm olması üçün Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar və bu istiqamətdə səyləri gücləndirəcəklərinə söz veriblər, - "Downing Street" yazır.

Conson və Makron Almaniyanın cənubundakı Elmau qəsrində Yeddilik Qrupu (G7) başçılarının görüşündə iştirak edirlər. Üç gün davam edəcək danışıqların əsas mövzusunun Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyalarının nəticələri olacağı gözlənilir./Publika.az 

Xəbər lenti

Çox oxunanlar