Xəzər Xəbər

Meymunçiçəyi sürətlə yayılır: Bu ölkədə yoluxma intensivləşdi

Dünya | 17:49 • 27 May 2022
Meymunçiçəyi sürətlə yayılır: Bu ölkədə yoluxma intensivləşdi
Meymunçiçəyi virusu dünyaya yayılmaqda davam edir.
 
Meymunçiçəyi virusu günü-gündən yayılmağa davam edir.
 
ABŞ-ın 7 ştatında 9 meymunçiçəyi xəstəliyinin aşkar edildiyi açıqlanıb.
 
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Rochelle Walensky mətbuat konfransında bildirib ki, ölkənin 7 ştatında 9 ayrı meymunçiçəyi yoluxması aşkar edilib.
 
Yoluxmalar yerli laboratoriyalar və yerli səhiyyə işçiləri tərəfindən müəyyən edilib. Bəzi hallarının meymun epidemiyası ilə bölgəyə səyahət edən insanlarda müşahidə edildiyini vurğulayan Walensky ictimaiyyəti epidemiyaya qarşı həssas olmağa çağırıb.
 
Ağ Evin qlobal sağlamlıq təhlükəsizliyi və bioloji müdafiə üzrə baş direktoru Rac Pəncabi mətbuat brifinqində bildirib ki, meymunçiçəyi epidemiyası əvvəllər heç vaxt müşahidə olunmayıb.
 
Qeyd edək ki, ABŞ-da yoluxma hallarının müşahidə olunduğu 7 ştat Kaliforniya, Florida, Massaçusets, Nyu-York, Yuta, Virciniya və Vaşinqtondur./azxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti